Abbasov Zahid Kamil oğlu
Sumqayıt Regional Mədəniyyət İdarəsi
Baş məsləhətçi (Şuşa rayonu üzrə)
Abbasov Zahid Kamil oğlu 14 mart 1957-ci il tarixdə Azərbaycan Respublikasının Şuşa şəhərində anadan olmuşdur. 1963/1973 -cü illərdə Ü.Hacıbəyov adına Şuşa şəhər 1 №-li orta məktəbində; 1973-cü ildə N.M.Suvernik adına Moskva Ali Həmkarlar məktəbinin “Əməyin İqtisadiyyatı” fakultəsində; 1988-ci ildə Bakı Ali Partiya məktəbində təhsil almışdır. 1973/1975-ci illərdə Şuşa rayon Dövlət Sığorta Müfəttişliyində sığorta müfəttişi; 1977/1981- ci illərdə Azərbaycan KP Şuşa rayon Komitəsində təsərrüfat müdiri; 1982/1987 illərdə Azərbaycan Respublikası DQMV LKGİ vilayət komsomol komitəsində bölmə müdiri və təlimatçı; 1987/1991-ci illərdə Azərbaycan KP Şuşa rayon Komitəsində Siyasi –maarif kabinetinin müdiri; 1991/2016-cı illərdə Şuşa rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 05 yanvar 2017-ci il tarixdən Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin, 2018-ci ildən Sumqayıt Regional Mədəniyyət idarəsinin baş məsləhətçisi – (Şuşa rayonu üzrə) vəzifəsində çalışır. 2011-ci iləd “Tərəqqi” medalı; 2013-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri Mədəniyyət İşçisi” medalı ilə təltif olunmuşdur.
Telefon: (012) 4900618
Qəbul günləri: I-V günlər; saat 9.00-18.00