Əhmədov İlham Nizami oğlu
Sumqayıt Regional Mədəniyyət İdarəsi
Rəis müavini
İlham Nizami oğlu Əhmədov 17 avqust 1977- ci ildə Ermənistan Respublikasının Qafan şəhərində anadan olmuşdur. 1992 – ci ildə Sumqayı şəhər S.Hacıbəyov adına musiqi texnikumunun xalq çalğı alətləri şöbəsinin tar sinfinə qəbul olmuşdur. 1993 –cü ildən Qubadlı rayon Mahmudlu kənd uşaq musiqi məktəbində tar müəllimi kimi fəaliyyətə başlamışdır. 1993 – cü ilin avqust ayında rayon erməni təcavüzkarları tərəfindən işğal oluduğu üçün, Sumqayıt şəhərində məskunlaşmışdır. 2001- ci ilin iyul ayından Sumqayıt şəhər 4 saylı klubun müdiri vəzifəsinə təyin olunmuşdur. 2002-2007-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində təhsil almışdır. 2004 – cü ildə Sumqayıt şəhər 4 saylı klubun müdiri vəzifəsindən azad edilərək, Veteranlar klubuna müdir vəzifəsinə təyin olunmuşdur. 2004 – cü ilin dekabr ayında Sumqayıt şəhər C.Cabbarlı adına Mədəniyyət evinin direktoru vəzifəsinə təyin olunmuşdur. 2009 – cu ilin fevral ayından Qubadlı rayon F.Hüseynov adına Mahmudlu kənd Uşaq musiqi məktəbinə direktor vəzifəsinə təyin olunmuşdur. 2014-cü ilin fevral ayında Qubadlı rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. 2015-ci ildə Ukrayna Respublikası Odessa Dövlət Memarlıq və İnşaat Akademiyasının İqtisadiyyatın İdarə Edilməsi fakültəsinə qəbul olmuş, 2021-ci ildə akademiyanı bitirmişdir. Hazırda həmin akademiyanın 3-cü kursunda təhsil alır. 2017-ci ilin yanvar ayından Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi, 2018-ci ildən Sumqayıt Regional Mədəniyyət idarəsinin rəis müavini vəzifəsində çalışır. Ailəlidir, iki övladı var.
Telefon: (018) 6541429
Faks: (018) 6445224
E-poçt: ilhamorxan77@gmail.com
Qəbul günləri: I-V günlər; saat 9.00-18.00