Manafov İlham Atabala oğlu
Sumqayıt Regional Mədəniyyət İdarəsi
Baş məsləhətçi (Abşeron rayonu üzrə)
Manafov İlham Atabala oğlu 21 noyabr 1963-cü ildə Xırdalan şəhərində anadan olmuşdur. 1970-ci ildə Xırdalan şəhər 4 saylı orta məktəbdə 1-ci sinfə daxil olmuşam 1978-ci ildə həmin məktəbi bitirmişdir. 1978-1982-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda tar ixtisası üzrə təhsil almışdır. 1982-1989-cu ilıərdə Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. 1981-1982-ci illərdə Cənub Dövlət Kənd Tikinti Layihə İnstitutunda klub müdir, 1990-1991-ci illərdə AEA-nın Fizika İnstitutunun “Selen” Təcrübə zavodunda operator, 1991-1994-cü illərdə “Azərbaycan” Estrada Teatrında sərəncamçı direktor, 1994-1995-ci illərdə Abşeron rayon Mədəniyyət evində bədii rəhbər, 1995-2001-ci illərdə Xırdalan şəhər uşaq musiqi məktəbində direktor, 2001-2016-cı illər Abşeron rayon Mədəniyyət və Turizm şöbəsində müdir vəzifələrində çalışmışdır.
2017-ci ildən Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin, 2018-ci ildən Sumqayıt Regional Mədəniyyət idarəsinin Abşeron rayonu üzrə baş məsləhətçi vəzifəsində çalışır.
2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Əməkdar Mədəniyyət işçisi” fəxri adı ilə təltif olunmuşdur. Ailəlidir,3 övladı var.
Telefon: (012)3421132
Faks: (012)34214887
E-poçt: ilham.manafov@gmail.com
Qəbul günləri: I-V günlər; saat 9.00-18.00