Məmmədova Tahirə Ələkbər qızı
Sumqayıt Regional Mədəniyyət İdarəsi
Böyük mühasib (Xızı rayonu üzrə)
Məmmədova Tahirə Ələkbər qızı 25 dekabr 1976-cı ildə Dəvəçi rayonunun Yanıqələz kəndində anadan olmuşdur. 1984/1992-ci ildə Abşeron rayonunun Xızı kənd orta məktəbində təhsil almışdır. 1992/1995-ci illərdə Xızı rayon 8 saylı orta texniki peşə məktəbinə mühasibat uçotu üzrə mühasib kursunu bitirmişdir. 1995-ci ilin iyun-dekabr aylarında Xızı qəsəbə uşaq bağçasında tərbiyəçi; 1995/1996-cı illərdə Xızı rayon Əhalinin Sosoial Müdafiə Mərkəzinə kərgüzar işləmişdir. 1996/2004-cü illərdə Əhalinin Sosoial Müdafiə Mərkəzində sahə mühasibi; .2004/2008-ci illərdə Dövlət Sosial Müdafiə Fondunda aparıcı mühasib; 2009/2013-cü illərdə Xızı rayon Mərkəzi Kitabxanasında metodist; 2013/2016-cı Xızı rayon Mədəniyyət və Turizm şöbəsində mühasib vəzifəsində çalışmışdır. 2017-ci il tarixdən Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin, 2018-ci ildən Sumqayıt Regional Mədəniyyət idarəsinin Xızı rayonu üzrə nümayəndəliyinə aparıcı mühasib vəzifəsinə təyin olunmuşdur.
Telefon: (02331) 50345
E-poçt: tahira_mammadova@mail.ru
Qəbul günləri: I-V günlər : saat 9.00-18.00