Qubadlı rayonu Mərkəzi Xəstəxanası
Ünvanı. Sumqayıt şəhəri, 9-cu məhəllə, M. Hüseynzadə küçəsi 11.
Marşrutlar. 7A, 7B, 2, 5, 30
Əlaqə telefonu. (018) 654-06-74
Rəhbəri.
Əhmədov Nüslət Vəliş oğlu - 10 mart 1952-ci ildə Qubadlı rayonu, Sarıyataq kəndində anadan olmuşdur. Azərbaycan Tibb İnstitunu bitirmişdir. 1977- 1981-ci illərdə Qubadlı rayon Mərkəzi Xəstəxanasında həkim-terapevt, 1981-1984-cü illərdə rayonda Məhkəmə Tibb Ekspertiza şöbəsinin müdiri işləmişdir. 1984 -cü ildən isə rayon Mərkəzi Xəstəxanasının baş həkimidir.
Qubadlı rayon səhiyyə müəssisələri haqında məlumat.
İşğaldan əvvəl
Qubadlı rayonu Ermənistan ordu birləşmələri tərəfindən işğal edilməzdən əvvəl rayonda aşağıdakı səhiyyə müəssisələri fəaliyyət göstərirdi:
Mərkəzi Rayon Xəstəxanası - 1
Mərkəzi poliklinika - 1
Təcili tibbi yardım stansiyası - 1
Sanitarepidemioloji stansiya - 1
Apteklər - 4
Kənd sahə xəstəxanası - 3
Kənd həkim ambulatoriyası - 5
Feldşer-mama məntəqələri - 54
Profilaktiki dezinfeksiya məntəqəsi - 1
Bu müəssisələrdə 54 həkim, 310 orta tibb işçisi çalışırdı.
İşğaldan sonra
İşğal zamanı bütün səhiyyə obyektləri və əmlakı işğal zonasında qalmışdır. İşğaldan sonra rayon əhalisinin müvəqqəti məskunlaşma dislokasiyası nəzərə alınmaqla Mərkəzi xəstəxananın Poliklinika şöbəsi Sumqayıt şəhərində fəaliyyətini qismən bərpa etmişdir. Burada poliklinika üçün ayrılmış binada yüksək səviyyədə tikinti və əsaslı təmir işləri aparılmış, ən müasir tibbi avadanlıqlarla təchizat təmin olunmuşdur. Hazırda Qubadlı rayon Mərkəzi Poliklinikasında aşağıdakı istiqamətlər üzrə pasiyentlərə ambulator tibbi müayinə xidməti göstərilir:
Terapevt
Pediatr
Nevropotoloq
Otolorinqoloq
Cərrahiyə
Kardioloq
Endokrinoloq
Mama-ginekoloq
Oftalmoloq
Stomotoloq
Ultrasəs
Endoskopiya
Fizioterapiya
Klinik diaqnostika
Poliklinikadan əlavə 2 tibb məntəqəsinin də fəaliyyəti bərpa edilmişdir:
Tatar tibb məntəqəsi
Ünvan: Sumqayıt şəhəri, “Sumqayıt” mehmanxanası
Qarakişilər tibb məntəqəsi
Ünvan: Sumqayıt şəh, Kompresor zavodunun ərazisi