QUBADLI RAYON TƏHSİL ŞÖBƏSİ
Ünvanı. Sumqayıt şəhəri, 1-ci mikrorayon, N. Nərimanov küçəsi 11.
Marşrutlar. 7A, 7B, 2, 22, 21, 4
Əlaqə telefonu. (018) 644-11- 46
Rəhbəri.
Allahverdiyeva Afət Məhəmməd qızı - 16 noyabr 1951-ci ildə Qubadlı rayonu, Mahmudlu kəndində anadan olmuşdur. M.F.Axundov adına Rus dili və ədəbiyyatı institunu Rus dili və ədəbiyyatı ixtisası üzrə bitirmişdir. 2002-ci il tarixdən şöbənin müdiri vəzifəsində işləyir.
Qubadlı rayonunda təhsilin tarixindən
Zəngəzurda ilk ilk dünyəvi məktəb (rus-tatar məktəbi) 1882-ci ildə Qubadlıda yaradılıb. Həmin məktəbin əsası Həsən bəy Sultanov tərəfindən qoyulmuşdur.
2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə həmin məktəbin əsasında fəaliyyət göstərən Qara İlyasov adına Qubadlı şəhər 1 saylı tam orta məktəbin 125 illik yubileyi Sumqayıt şəhərində yüksək səviyyədə qeyd olunmuşdur.
İşğaldan əvvəl
Qubadlı rayonu işğal edilməzdən əvvəl rayonda 61 ümumtəhsil məktəbi, o cümlədən 33 tam orta, 16 ümumi orta (əsas), 12 ibtidai məktəb vardı. Bunlardan əlavə 1 texniki peşə məktəbi, əyani-qiyabi məktəb və 5 məktəbdənkənar müəssisə də fəaliyyət göstərirdi.
Son illərdə Qubadlı şəhərində 1176, Çərəli, Dondarlı, Mahruzlu kəndlərinin hər birində 422, Balasoltanlı, Çardaxlı, Qaracallı kəndlərinin hər birində 192, Göyərçik kəndində 164 yerlik orta, Qayalı kəndində 216, Dəmirçilər, Xəndək kəndlərinin hər birində 192, Qarakişilər, Tarovlu, Aşağı Xocamsaxlı kəndlərinin hər birində 164 yerlik səkkizillik, Mərdanlı kəndində 8 illik, Padar, Qiyaslı, Abdalalanlı, Mirlər kəndlərində ibtidai məktəb binaları da işğaldan əvvəl istifadəyə verilmişdir.
Rayon məktəblərinin 613 sinif komplektində 6000-ə qədər şagirdin təhsili ilə 1317 nəfər pedaqoji işçi məşğul olurdu.
Qubadlı rayonunda işğaldan əvvəl fəaliyyət göstərən ümumtəhsil məktəbləri haqqında məlumat
S/S | Məktəbin adı | Yerləşdiyi ünvan |
1 | Q. İlyasov adına Qubadlı Şəhər 1 saylı orta məktəbi | Qubadlı şəhəri |
2 | B. Mehdiyev adına Qubadlı Şəhər 2 saylı orta məktəbi | Qubadlı şəhəri |
3 | K. Mirzəyev adına Xanlıq kənd orta məktəbi | Xanlıq kəndi |
4 | S. Rəhimov adına Mahruzlu kənd orta məktəbi | Mahruzlu kəndi |
5 | A. Mustafayev adına Zilanlı kənd orta məktəbi | Zilanlı kəndi |
6 | Çaytumas kənd orta məktəbi | Çaytumas kəndi |
7 | Balasoltanlı kənd orta məktəbi | Balasoltanlı kəndi |
8 | Q. Məmmədov adına Yuxarı Mollu kənd orta məktəbi | Yuxarı Mollu kəndi |
9 | Aşağı Mollu kənd orta məktəbi | Aşağı Mollu kəndi |
10 | Muradxanlı kənd orta məktəbi | Muradxanlı kəndi |
11 | Xəndək kənd orta məktəbi | Xəndək kəndi |
12 | Qaracallı kənd orta məktəbi | Qaracallı kəndi |
13 | Sarıyataq kənd orta məktəbi | Srıyataq kəndi |
14 | Başarat kənd orta məktəbi | Başarat kəndi |
15 | Dondarlı kənd orta məktəbi | Dondarlı kəndi |
16 | Xocahan kənd orta məktəbi | Xocahan kəndi |
17 | Tatar kənd orta məktəbi | Tatar kəndi |
18 | Qaralar kənd orta məktəbi | Qaralar kəndi |
19 | Kavdadıq kənd orta məktəbi | Kavdadıq kəndi |
20 | Çərəli kənd tam orta məktəbi | Çərəli kəndi |
21 | M. Əliyev adına Hal kənd orta məktəbi | Hal kəndi |
22 | Çardaxlı kənd orta məktəbi | Çardaxlı kəndi |
23 | Əliquluuşağı kənd orta məktəbi | Əliquluuşağı kəndi |
24 | T.Müskanli kənd orta məktəbi | T. Müskanlı kəndi |
25 | Göyərcik kənd orta məktəbi | Göyərcik kəndi |
26 | Novlu kənd orta məktəbi | Novlu kəndi |
27 | D.Müskanlı kənd orta məktəbi | Diləli Müskanlı kəndi |
28 | Saray kənd orta məktəbi | Saray kəndi |
29 | Dəmirçilər kənd orta məktəbi | Dəmirçilər kəndi |
30 | Fərcan kənd orta məktəbi | Fərcan kəndi |
31 | Mahmudlu kənd orta məktəbi | Mahmudlu kəndi |
32 | Qayalı kənd orta məktəbi | Qayalı kəndi |
33 | M. Əhmədov adına Əyin kənd orta məktəbi | Əyin kəndi |
34 | Ulaşlı kənd natamam orta məktəbi | Ulaşlı kəndi |
35 | Məmər kənd natamam orta məktəbi | Məmər kəndi |
36 | Boynəkər kənd natamam orta məktəbi | Boynəkər kəndi |
37 | Qəzyan kənd natamam orta məktəbi | Qəzyan kəndi |
38 | Tarovlu kənd natamam orta məktəbi | Tarovlu kəndi |
39 | A.Cibikli kənd natamam orta məktəbi | Aşağı Cibikli kəndi |
40 | Məlikəhmədli kənd natamam orta məktəbi | Məlikəhmədli kəndi |
41 | Bəxtiyarlı kənd natamam orta məktəbi | Bəxtiyarlı kəndi |
42 | Xıdırlı kənd natamam orta məktəbi | Xıdırlı kəndi |
43 | Xələc kənd natamam orta məktəbi | Xələc kəndi |
44 | Xocamsaxlı kənd natamam orta məktəbi | Xocamsaxlı kəndi |
45 | Qarakişilər kənd natamam orta məktəbi | Qarakişilər kəndi |
46 | Padar kənd natamam orta məktəbi | Padar kəndi |
47 | C.Həşimov adına Mərdanlı kənd natamam orta məktəbi | Mərdanlı kəndi |
48 | Dovudlu kənd natamam orta məktəbi | Dovudlu kəndi |
49 | Qubadlı şəhər natamam orta məktəbi | Qubadlı şəhəri |
50 | Yusifbəyli kənd ibtidai məktəbi | Yusifbəyli kəndi |
51 | Mollabürhan kənd ibtidai məktəbi | Mollabürhan kəndi |
52 | Hat kənd ibtidai məktəbi | Hat kəndi |
53 | Armudluqlı kənd ibtidai məktəbi | Armudluq kəndi |
54 | Həmzəli kənd ibtidai məktəbi | Həmzəli kəndi |
55 | Yenikənd kənd ibtidai məktəbi | Yenikənd kəndi |
56 | Zor kənd ibtidai məktəbi | Zor kəndi |
57 | Göyyal kənd ibtidai məktəbi | Göyyal kəndi |
58 | Qiyaslı kənd ibtidai məktəbi | Qiyaslı kəndi |
59 | Mirlər kənd ibtidai məktəbi | Mirlər kəndi |
60 | Cibikli kənd ibtidai məktəbi | Cibikli kəndi |
61 | Hacılı kənd ibtidai məktəbi | Hacılı kəndi |
Ümumtəhsil məktəblərindən əlavə işğaldan əvvəl rayonda 5 məktəbdənkənar müəssisə:
Uşaq gənclər idman məktəbi
Uşaq şahmat məktəbi
Uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzi
Texniki yaradıcılıq mərkəzi
Ekoloji Tərbiyə mərkəzi
fəaliyyət göstərirdi.
Rayonda 1 Texniki Peşə məktəbi də var idi. Xanlıq kəndində yerləşən 126 saylı bu məktəbdə 300-ə qədər şagird müxtəlif peşələrə yiyələnirdi.
Bunlardan əlavə 1 əyani-qiyabi məktəb və məktəbəqədər tərbiyə müəssisələri də fəaliyyət göstərirdi.
Qubadlı təhsili işğaldan sonra
Qubadlı rayonu işğal olunduqdan sonra təhsil sahəsinin struкturlarının bərpa еdilməsi, təhsilin maddi-tехniкi bazasının möhкəmləndirilməsi məcburi кöçкün uşaqlarının nоrmal təhsil almalarını təmin еtməк məqsədilə gеniş miqyaslı iş aparılmışdır. İşğaldan sonrakı ilk illərdə rayоnun ümumtəhsil məкtəblərinin vəziyyətinin öyrənilməsi göstəriridi кi, bu sahədə bir sıra çətinliklər var.
Bu problemləri aradan qaldırmaq üçün rayonda əsaslı tədbirlər həyata keçirilməyə başlandı.
Hazırda rayоnda 31 tam оrta və 1 ümumi orta məktəb fəaliyyət göstərir. Məcburi кöçкünlərin yığcam məsкunlaşdıqları ərazilərdə yеni məкtəb binaları inşa оlunması zərurətini nəzərə alaraq müasir tələblərə cavab vеrən 10 məкtəb binası tiкilib istifadəyə vеrilmişdir. Bakı şəhəri, Suraхanı rayоnu ərazisində Qaralar, Sumqayıt şəhəri ərazisində Aşağı Mоllu, Çaytumas, Mahruzlu, Qubadlı şəhər 1 saylı, Çardaxlı, Xələc və Saray, Abşеrоn rayоnu ərazisində Qəzyan və Хanlıq kənd 3 saylı məкtəbləri üçün tikilmiş binalar müasir və keyfiyyətli təlim üçün əlverişli şəraitə malikdir. Rayon şagirdlərinin 50 faizi yeni tikilmiş məktəblərdə təhsil alırlar.
Bundan əlavə uyğunlaşdırılmış binalarda fəaliyyət göstərən 17 məktəbdə əsaslı təmir və yenidənqurma işləri, digər məktəblərdə isə cari təmir aparılmaqla tam normal şərait yaradılmışdır. Bu məкtəblər bütünlüкlə yеni məкtəb avadanlıqları ilə təchiz оlunmuşdur. Məкtəblərin iş şəraitinin yaхşılaşdırılması ilə əlaqədar tədbirlər bu gün də davam еtdirilir.
Hal -hazırda Qubadlı rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəbləri haqqında
məlumat
İsmət Qayıbov adına Saray kənd tam orta məktəbi
Qara İlyasov adına Qubadlı şəhər-1 saylı tam orta məktəbi | Sumqayıt şəh.11-ci mkr. | (018)648-39-77 | |
2 | Bəhmən Mehdiyev adına Qubadlı şəhər-2 saylı tam orta məktəbi | Sumqayıt şəh.3-cü mkr.”Təfəkkür” liseyi | (018) 644-40-65 |
3 | Qubadlı şəhər-3 saylı tam orta məktəbi | Abşeron rayonu Xırdalan dairəsi.H.Əliyev pr.31a | (050) 513-74-63 |
4 | Qubadlı şəhər-4 saylı tam orta məktəbi | Sumqayıt şəh.2 saylı xəstəxana (bağlar ərazisi) | (055) 741-11-27 |
5 | Kərəm Mirzəyev adına Xanlıq kənd-1 saylı tam orta məktəbi | Bakı şəh.Binəqədi rayonu, Xırdalan şosesi, döngə 13 | (050) 511-26-23 |
6 | Xanlıq kənd 2 saylı tam orta məktəbi | Bakı şəh.Nizami ray.Rizvan Teymurov 63 | (012) 422-51-09 |
7 | Xanlıq kənd 3 saylı tam orta məktəb | Abşeron rayonu.Nübar qəsəbəsi | (012) 347-23-00 |
8 | Xanlıq kənd ümumi orta məktəbi | Bakı şəh.Sabunçu rayonu Ramana qəsəbəsi | (012) 458-66-84 |
9 | Nadir Ərşadoğlu adına Dondarlı kənd tam orta məktəbi | Sumqayit şəh.S.Vurğun küç.№1 | (018) 646-86-79 |
10 | Rəfael Əlirzayev adına Xocahan kənd tam orta məktəbi | Sumqayıt şəh.Asfalt-beton z-d ərazisi.G/qondu yaş. massivi | (070) 343-88-47 |
11 | İsa Məmmədov adına Aşağı Mollu kənd tam orta məktəbi | Ceyranbatan qəsəbəsi,Asfalt zavod ərazisi | (055) 638-35-43 |
12 | Mahmudlu kənd tam orta məktəbi | Sumqayıt şəh.41-ci məhəllə, 28 may mədəniyyət evi | (018) 644-95-08 |
13 | Mehman Ağayarov adına Kavdadıq kənd tam orta məktəbi | Sumqayıt şəh.10-cu mkr.24 saylı məktəbin yardımçı binası | (050) 395-72-35 |
14 | Baba Məmmədov adına Fərcan kənd tam orta məktəbi | Sumqayıt şəh.1 saylı Dəmir beton z-d inzibati binası | (018) 645-82-31 |
15 | İsmət Qayıbov adına Saray kənd tam orta məktəbi | Sumqayıt şəhəri, 17-ci mkr. | (050) 451-59-54 |
16 | Alı Mustafayev adına Zilanlı kənd tam orta məktəbi | Sumqayıt şəh.2-ci mkr.3 saylı Sumqayıt şəhər tam orta məktəbi | (055) 761-33-83 |
17 | Aslan Atakişiyev adına Muradxanlı kənd tam orta məktəbi | Bakı şəh.Binəqədi rayonu.Motodrom ərazisi | (055) 898-06-10 |
18 | Süleyman Rəhimov adına Mahruzlu kənd tam orta məktəbi | Sumqayıt şəh.Natəvan küçəsi 22-ci məhəllə | (018) 654-23-76 |
19 | Teymur Müskanlı kənd tam orta məktəbi | Bakı şəh. Qaradağ r-nu,Müşviqabad qəsəbəsi.67 saylı uşaq baxçası | (050) 351-23-83 |
20 | Şahbaz Kərimov adına Çərəli kənd tam orta məktəbi | Sumqayıt şəh.6-cı mkr.4 saylı şəhər klubu | (018) 644-76-44 |
21 | Balakişi Hüseynov adına Dəmirçilər kənd tam orta məktəbi | Sumqayıt şəh.42-ci məh.4 saylı Peşə liseyi | (050) 336-72-30 |
22 | Cəlal Həşimov adına Mərdanlı kənd tam orta məktəbi | Sumqayıt şəh.Kimyaçılar qəsəbəsi | (018) 648-58-79 |
23 | Qurban Məmmədov adına Yuxarı Mollu kənd tam orta məktəbi | Sumqayıt şəh.76-cı məhəllə.Peşə liseyi | (050) 534-16-06 |
24 | Mirağa Əliyev adına Hal kənd tam orta məktəbi | Sumqayıt şəh. 42-ci məhəllə 2 saylı Peşə liseyi | (018) 644-48-94 |
25 | Hafiz Quliyev adına Çaytumas məktəb-liseyi | Sumqayıt şəh.12-ci mkr.Çerkassi küçəsi | (018) 648-15-21 |
26 | Fərrux Mehdiyev adına Qaralar kənd tam orta məktəbi | Bakı şəh.Suraxanı rayonu.1-ci mədən ərazisi | (050) 314-44-63 |
27 | Əliquluşağı kənd tam orta məktəbi | Sumqayıt şəh.8-ci mkr.17 saylı məktəb | (055) 837-48-29 |
28 | Çingiz Quliyev adına Çardaxlı kənd tam orta məktəbi | Sumqayıt şəh. Yeni Yaşayış massivi, 8-ci məhəllə | (055) 785-63-82 |
29 | Bərxudar Əsgərov adına Xələc kənd tam orta məktəbi | Sumqayıt şəh.Xəzri məhəllə komitəsinin ərazisi | (018) 653-01-73 |
30 | İşıqlı kənd tam orta məktəbi | Sumqayıt şəh.İnşaatçılar qəs.1 saylı Peşə liseyi | (018) 654-17-34 |
31 | Əliyar Əliyev adına Qəzyan kənd tam orta məktəbi | Abşeron rayonu,Masazır qəsəbəsi | (012) 347-79-46 |
32 | Xıdırlı kənd tam orta məktəbi | Sumqayıt şəh.Yaşıl dərə yaşayış massivi | (050) 355-65-04 |
Ümumtəhsil məktəblərindən əlavə hazırda rayonda 4 məktəbdənkənar müəssisə:
Uşaq gənclər idman məktəbi
Uşaq şahmat məktəbi
Uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzi
Texniki yaradıcılıq mərkəzi fəaliyyət göstərir.
Hazırda Qubadlı məktəblərində normal təlim üçün tam əlverişli şərait yaradılmışdır. Məktəblər istilik sistemi ilə təmin olunmuşdur. Yaradılmış şəraitin nəticəsidir ki, məzunların sırasında ali məktəblərə qəbul olanların sayı ildən - ilə artır. Bu gün Qubadlı rayonundan olan 850-dən çox tələbə müxtəlif ali məktəblərdə təhsil alır.
Təkcə son 2010-2011-ci tədris ilində rayon məktəblərinin ali məktəblərə qəbul kompaniyasında iştirak edən məzunlarının 41 faizə qədəri tələbə adını qazanmışdır. Qəbul olan 132 nəfərdən 20 nəfəri 500-dən, 8 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Məzunlardan 1 nəfəri- Xələc kənd tam orta məktəbinin məzunu Prezident təqaüdünə layiq görülmüşdür.
Ə. Əliyev adına Qəzyan kənd tam orta məktəbin XI sinfini bitirən 10 nəfər şagirddən 8-i (80%) ali məktəblərə qəbul olunmuşdur ki, bunların da 5 nəfəri 500 dən, 2 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.
İşğaldan sonra Qubadlı təhsil işçiləri öz sələflərinin ənənlərini davam etdirərək çalışdıqları məsul sahədə layiqincə işləmişlər. Pedaqoji işçilərin bir çoxu səmərəli fəaliyyətinə, təhsilin inkişafındakı xidmətlərinə görə yüksək Fəxri adlara və təltiflərə layiq görülmüşlər.
"Azərbaycan Respublikasının Əməkdar müəllimi" fəxri adı alanlar
Allahverdiyeva Afət Məhəmməd qızı - Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2010-cu il tarixli sərəncamı ilə Qubadlı rayon Təhsil şöbəsinin müdiri işləyərkən təltif edilmişdir.
İsmayılov Sabir Səfərəli oğlu - Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2004-cü il tarixli sərəncamı ilə Qubadlı rayonu, Xocahan kənd tam orta məktəbin riyaziyyat müəllimi işləyərkən təltif edilmişdir.
Həsənov Yadigar Həsən oğlu - Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2005-ci il tarixli sərəncamı ilə Qubadlı rayonu, Dondarlı kənd tam orta məktəbin riyaziyyat müəllimi işləyərkən təltif edilmişdir.
Sevdimalıyev Sevi İsmayıl oğlu - Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2007-ci il tarixli sərəncamı ilə Qubadlı rayonu, Fərcan kənd tam orta məktəbin direktoru işləyərkən təltif edilmişdir.
Orucov Həbib Əbdülkərim oğlu - Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2009-cu il tarixli sərəncamı ilə Qubadlı rayonu, Xanlıq kənd 1 saylı tam orta məktəbin direktoru işləyərkən təltif edilmişdir.
Bayramova Əminə Mədəd qızı - Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2007-ci il tarixli sərəncamı ilə Qubadlı rayonu, Qubadlı şəhər 1 saylı tam orta məktəbin fizika müəllimi işləyərkən təltif edilmişdir.
"Tərəqqi"medalı ilə təltif olunanlar
Allahverdiyeva Afət Məhəmməd qızı - Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2005-ci il tarixli sərəncamı ilə Qubadlı rayon Təhsil şöbəsinin müdiri işləyərkən təltif edilmişdir.
Məhərrəmov Lətif Fərhad oğlu - Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2008-ci il tarixli sərəncamı ilə Qubadlı rayonu, Dondarlı kənd tam orta məktəbin riyaziyyat müəllimi işləyərkən təltif edilmişdir.
Əsədov Nüşrəvan Əbdüləli oğlu - Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2007-ci il tarixli sərəncamı ilə Qubadlı şəhər 1 saylı tam orta məktəbin direktoru işləyərkən təltif olunmuşdur.
Quliyev İnqilab İsa oğlu - Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2007-ci il tarixli sərəncamı ilə Qubadlı şəhər 1 saylı tam orta məktəbin müəllimi işləyərkən təltif olunmuşdur.
Əsədov Ədalət İxtiyar oğlu - Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2011-ci il tarixli sərəncamı ilə Fərcan kənd tam orta məktəbin müəllimi işləyərkən təltif olunmuşdur