Zəngilan rayon Bartaz kənd uşaq musiqi məktəbi 01 sentyabr 1991-ci ildə fəaliyyətə başlamışdır. Fəaliyyətə başladığı vaxtdan məktəbdə üç şöbə: Tar, Fortepiano, Qarmon şöbələri fəaliyyət göstərmişdir. 1993-cü ilin oktyabr ayına qədər məktəb Bartaz Kəndində fəaliyyət göstərmişdir.
1997-ci ildən fəaliyyətini bətpa edən məktəbdə hazırda 8-şöbə: Fortepiano, Skripka, Tar, Kamança, Qarmon, Saz, Nağara, Xanəndəlik şöbələri fəaliyyət göstərir. Bu şöbələrdə ümumilikdə 147 şagird təhsil alır. Həmən şagirdlərə 34 müəllim musiqinin ecazkar sirlərini öyrədirlər.