Zəngilan şəhər uşaq musiqi məktəbi 1961-ci ildə yaradılmışdır. Musiqi məktəbi fəaliyyətə başladığı zaman Tar, Fortepiano, Qarmon, Nağara şöbələri fəaliyyət göstərmişdir.
Rayonun işğal olunması səbəbilə 1993-cü ildə fəaliyyətini dayandıran məktəb 1997-cildən yenidən fəaliyyətə başlamışdır.
Hazırda məktəbin 7-şöbəsi var: Fortepiano, Tar, Qarmon, Nağara, Kamança, Skripka, Xanəndəlik. Bu şöbələrdə ümumilikdə 160 şagird təhsil alır. Həmin şagirdlərə 42 müəllim musiqinin sirlərini öyrədirlər.