Qubadlı rayon Tarix-diyarşünaslıq muzeyi 1968-ci ildə Mədəniyyət Şöbəsinin müdiri Süleyman Rüstəmovun Əmri əsasında yaradılmışdır. Mədəniyyət işçilərinin iki günlük seminar müşavirəsində rayonun tarixini öyrənmək və yaşatmaq məqsədilə Qubadlı rayon Tarix Ölkəşünaslıq muzeyinin yaradılması bəyənilmişdir. Mədəniyyət işçiləri öz ərazilərində keçmiş tarixi əşyaları toplayaraq muzeyə təhvil vermişdirlər. Muzey üçün Mərkəzi kitabxanada bir otaq ayrılmışdır. Bu iş kitabxananın müdiri Telli xanım Qafarovaya həvalə edilmişdir. Muzeyə daxil olan eksponatlar Mədəniyyət Şöbəsi tərəfindən möhürlənmiş və səhifələnmiş kitaba qeyd olunurdu. Eyni zamanda yerlərdə guşələr yaradılırdı. Rayonda Mədəniyyət evi tikiləndən sonra Mədəniyyət evində muzey üçün iki otaq ayrılmış eksponatlar Mərkəzi kitabxanadan ora köçürülmüşdür. 1972 –ciildəMədəniyyətevindəmuzeyərəhbərliyiAvtoklubunmüdiriƏvəzHüseynquliyevedirdi. QubadlırayonTarix-diyarşünaslıqmuzeyi 1980-ci ilmayayının 6-da UluÖndərimizHeydərƏliyevinSərəncamıiləQubadlışəhərindəyaradılmışdır. MuzeyineksponatlarıəsasənrayonMədəniyyətŞöbəsindəvaxtıiləyığılaneksponatlardanibarətidi. HəmindövrdəQubadlırayonPartiyakomitəsinin I katibiişləmişZöhrabMəmmədovunyaxındanköməkliyisayəsindəəhalidənqısamüddətdəminlərləeksponattoplanmışvəmuzeyəhədiyyəedilmişdir. Muzeyineksponatlarıbölmələrdəyerləşdirilmişdir. İşidahayaxşıtəşkiletməküçünBakışəhərindənmuzeyişinibilənlərQubadlırayon Tarix-diyarşünaslıqmuzeyinədəvətedilmişdirlər. BuşəxslərdənbiridəəslənQubadlıdanolanSərrafKərimovidi. O, heçbirəziyyətəbaxmayaraqyorulmadanrayondaəslmuzeyyaradılmasıüçünvar-qüvvəsiniəsirgəmirdi. MuzeyinyaradılmasındaRayonMədəniyyətevinindirektoruişləyənFəxrəddinAllahverdiyevindəəməyiazolmamışdır. Buişdəbütünrayonsakinləriyaxındaniştirakedirdi. Muzeydövrünmuzeylərinəxasolanqədimdövr, Sovetdövrü, faunavəfloravə s. bölmələrdənibarətidi. Təbiətbölməsindərayonunfauna və florası haqqındagenişvəhərtərəfliməlumatlarverilirdi.
Qədim dövr bölməsi ən qədim dövrlərdən b.e.ə. və b.e -nın ilk əsrləri və orta əsrləri əhatə edirdi. Eksponatların əsas hissəsi müxtəlif qazıntılar və təsadüflər nəticəsində tapılmış qədim əmək və döyüş alətləri, qab nümunələri- taxta və mis qablardan ibarət idi. Müxtəlif etnoqrafik alətlər-xış, vəl, qədim, milli formada olan kişi və qadın geyimləri və s.fərqli ekspozisiyalar sırasında idi.
Sovet dövrü bölməsində 1920-ci ildən sonrakı dövrlər kollektivləşmə, kolxoz qurulucuğu 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsi, müharibədən sonrakı dinc quruculıuq illərinə aid stendlər, fotolar, sənədlər və s. əşyalar nümayiş etdirilirdi. 1993-cü ilə qədər muzeydə üç mindən artıq eksponat toplanmışdır. Bu eksponatların toplanmasında muzey əməkdaşlarının böyük əməyi var idi. 1980-ci ildən 1992-ci ilə qədər muzeyə rəhbərliyi Məmməd Salayev edirdi. 1992-ci ildən muzeyə Vaqif Babayev rəhbərlik edir.
Bu kimi əşyalardan ibarət ekspozisiyalar 13 il öz qapılarını müsafirlərin üzünə açdı. 1993-cü il avqust ayının 31-də Qubadlı rayonu erməni işğalçıları tərəfindən işğal olundu. Muzeyin eksponatları işğal zonasında qalaraq ermənilər tərəfindən vəhşicəsinə talan edildi.
Məcburi köçkünlük dövründə də muzey işçiləri öz işlərindən ayrılmır yeni eksponatlar toplayaraq muzeyin fəaliyyətini bərpa etmək istəyirdilər. 1998-ci ildə muzey Sumqayıt şəhərində yerləşən “ 28 May Mədəniyyət evi”ndə öz işini bərpa etdi. Qısa müddətdə muzeyin fonduna xeyli eksponat toplandı. Qubadlı Rayon İcra Hakimiyyətinin Başçısı Malik İsaqovun qayğısı və diqqəti sayəsində muzey 2013-cü ilin avqust ayında Qubadlı Rayon İcra Hakimiyyətinin binasında müasir standartlara cavab verən geniş və işıqlı otağa köçürülmüşdür.Muzeyin fondu qədim və müasir dövrə aid eksponantlarla daim zənginləşdirilir. Hal hazırda muzeyin fondunda 948 eksponat vardır.
Muzeyin eksponatlarla zənginləşdirilməsində muzey əməkdaşlarının , o cümlədən rayon sakinlərinin əməyi danılmazdır.
İcra Başçısının əhali arasında maarifçilik və təbliğat fəaliyyətinin nəticəsində 2017-ci ilin aprel-may aylarında rayon əhalisinin muzeyə təqdim etdiyi qiymətli əşyalar arasında xüsusilə rayon əhalisinin toxuduğu əsasən xalça, palaz, kilim, şəddə və xalça məmulatları, məişətdə istifadə olunan gildən və misdən hazırlanan əşyalar üstünlük təşkil edir. Həmin əşyalardan təşkil edilən sərgi ziyarətçilər arasında daha çox marağa səbəb olur.
Müstəqillik dövründə uğurla addımlarını atan Respublikamızın, eləcə də rayonumuzun inkişafı muzeyin stend və sərgilərində öz əksini tapır.