1969-cu ildə Qubadlı rayonunda musiqi məktəbi öz fəaliyyətinə başlamışdı. O zaman məktəb 4 şöbədən ibarət olmuş: fortepiano, tar, qarmon və xanəndəlik sinifləri üzrə 40 şagirdə 6 müəllim tədris aparmışdır. 1993-cü ildə rayon işğal olunduqdan sonra Sumqayıt şəhər S. Rüstəmov adına 3saylı incəsənət məktəbində məskunlaşaraq, məktəbin yardımçı binasında fəaliyyətini davam etdirməyə başlamışdır. Yardımçı binada məktəbin öhdəliyinə 6 sinif otağı istifadəmizə verilmişdir. 2016-2017-ci tədris ilində isə otaqların sayı artırılaraq ümumilikdə15 otaq istifadəmizə verilib.İdrak liseyində isə 3 otaq istifadəmizdədir. Hal-hazırda 7 şöbə üzrə 130 nəfər şagirdlə 38 müəllim tədris aparır.Məktəb iki növbəli olmaqla, tədris müddəti 7 illikdir. Məktəbdə 38 müəllim fəaliyyət göstərir, müəllimlərdən 7-i ali təhsilli, qalanları isə orta təhsillidirlər.
Məktəbdə 7 şöbə - fortepiano, tar, kamança, qarmon, nağara, xanəndə və saz ixtisasları tədris olunur. Məktəbin maddi texniki bazası orta təminatlıdır. Məktəbin 1- ci sinifinə 2017-2018 ci tədris ilində şöbələr üzrə 21 şagird qəbul olmuşdur. Şagird qəbulunda yaş həddi gözlənilir. 7 illik təhsil alan şagirdlərə f-no şöbəsi üzrə 7-9 yaş, tar, kamança, Az. qarmon, nağara şöbələri üzrə 9-12 yaş, xanəndəlik şöbəsi üzrə 7-14 yaş arası şagirdlər qəbul edilir.
Dərs cədvəli müəllimlərin iş günləri və iş saatları əsasında aparılır. Dərs bölgüsü hər müəllimin ixtisası əsasında aparılır. Şagirdlərin dərsə davamiyyəti məktəbdə fərdi və qrup
fənnlər üzrə jurnal əsasında aparılır. Şagirdlərin və müəllimlərin davamiyyəti şöbə müdirləri tərəfindən daim yoxlanılır. Dərslərə nəzarət məqsədi ilə direktor və şöbə müdirləri tərəfindən açıq dərslərin keçirilməsi,dinləyislər,illik iş planında nəzərdə tutulduğu kimi aparılır. Dərslərə
nəzarət məqsədi ilə direktor və şöbə müdirləri tərəfindən açıq dərslərin keçirilməsi, dinləyişlər,
illik iş planında nəzərdə tutulduğu kimi aparılır.
Hər bir şagirdin fərdi vərəqəsi və müəllimlərin iş planları var. Hər tədris ilinin sonunda məktəbdə şagirdlərdən ibarət yekun konsert keçirilir.
Məktəbin müəllim və şagirdləri respublika və rayon səviyyəsində keçirilən festival, musabiqə və tədbirlərdə fəal iştirakına görə müxtəlif dərəcəli diplomlarla, fəxri fərmanlarla
təltif olunmuşlar.